IMG-LOGO

Arıqlama iynələri sizi bu problemlə qarşı-qarşıya qoya bilər

31 Jul 2026 06:32 2 baxış
IMG
2 0

Şəkərli diabet və piylənmənin müalicəsində geniş istifadə olunan GLP-1 qrupuna aid arıqlama preparatları (Ozempic, Wegovy və Mounjaro kimi) saç tökülməsi riskini az da olsa artıra bilər.

Lent.az xəbər verir ki, bu nəticə ABŞ-ın Pensilvaniya Universitetinin alimlərinin apardığı və nüfuzlu "The BMJ" jurnalında dərc olunan yeni araşdırmada əksini tapıb.

Tədqiqat zamanı təxminən 50 min pasiyentin məlumatları təhlil edilib. Məlum olub ki, GLP-1 preparatlarından istifadə edənlərdə digər diabet dərmanlarını qəbul edənlərlə müqayisədə saç tökülməsi riski 37–68 faiz daha yüksəkdir.

Bununla belə, alimlər vurğulayırlar ki, ümumi risk aşağıdır və müşahidə olunan saç tökülməsi əsasən müvəqqəti xarakter daşıyır.

Mütəxəssislərin fikrincə, saç tökülməsi birbaşa dərmanın təsirindən deyil, sürətli çəki itkisi, qidalanmanın dəyişməsi və dəmir, sink kimi mikroelementlərin çatışmazlığından qaynaqlana bilər.

Həkimlər pasiyentlərə bu səbəbdən müalicəni özbaşına dayandırmamağı, narahatlıq yarandığı halda isə mütləq həkimə müraciət etməyi tövsiyə edirlər.

 

arıqlama saç

Mənbə: lent.az

Xəbər lenti