Avqustun 1-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində Qara dənizdə FESCO şirkətinə ("Rosatom"a daxildir) məxsus "Yanina" konteyner gəmisi batıb.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə "Rosatom"un rəhbəri Aleksey Lixaçyov məlumat verib.
İnsident Novorossiyskdən 130 dəniz mili məsafədə baş verib.
Gəmidə olan 17 ekipaj üzvünün hamısı xilas edilib.
Mənbə: report.az