İranın Təbriz şəhərində üzgüçülük hovuzunda zəhərlənmə hadisəsi baş verib.
"Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Xidməti məlumat yayıb.
Məlumata görə, hovuzda üzən 14 nəfərdə tənəffüs problemləri və zəhərlənmə əlamətləri müşahidə edilib. Xəstəxanaya aparılan şəxslərə tibbi yardım göstərilib.
İlkin məlumata görə, üzgüçülərin zəhərlənməsinə səbəb hovuza tökülən xlor səbəb olub. Bununla belə, hadisənin dəqiq səbəbinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparılır.
Mənbə: report.az