IMG-LOGO

Tramp NATO-nun avropalı üzvlərinin hərbi potensialını tənqid edib

06 Aug 2026 03:51 4 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun NATO üzrə avropalı müttəfiqlərinin hərbi imkanlarının zəif olduğunu bildirib.

"Report" xəbər verir ki, ABŞ lideri bu barədə Nevada ştatının Las-Veqas şəhəri yaxınlığında çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, keçmiş prezident Co Bayden administrasiyası böyük həcmdə silah-sursat tədarük etməklə ABŞ ordusunun imkanlarını zəiflədib.

"Mən hər şeyi satıram, onlar isə - avropalılar ödəməyə hazırdırlar. Onların yaxşı silahlı qüvvələri yoxdur, çünki çox uzun müddət bizə güvəniblər. Mən onlara dedim ki, NATO artıq belə fəaliyyət göstərə bilməz", - deyə Tramp bildirib.

ABŞ prezidenti əvvəlki administrasiyanın siyasətini də yenidən tənqid edib. O, Bayden hökumətinin "yüz milyardlarla dollar" xərclədiyini iddia edib, lakin söhbətin konkret hansı xərclərdən getdiyini açıqlamayıb.

Mənbə: report.az

Xəbər lenti