IMG-LOGO

FİFA İnfantinonun uğursuz layihəsindən sonra reputasiyanı qorumaq üçün tədbirləri gücləndirəcək

06 Aug 2026 04:16 4 baxış
IMG

Beynəlxalq Futbol Federasiyası (FİFA) prezident Canni İnfantinonun təşəbbüsü olan FIFA Forward Enterprise layihəsindən imtina edilməsindən sonra təşkilatın nüfuzunun qorunması üçün əlavə tədbirlər görəcəyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qurum rəhbərliyi Rabatda təcili iclas keçirib. Görüşdə layihənin dayandırılmasının nəticələri, eləcə də FİFA-nın daxili prosedurlarının təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

"FİFA öz dürüstlüyünə qarşı hər hansı cəhdə dözməyəcək və reputasiyasını qorumaq üçün bütün zəruri tədbirləri görəcək", - deyə təşkilatın açıqlamasında qeyd olunub.

Qurum layihənin hazırlanması zamanı müəyyən səhvlərə yol verildiyini etiraf edib və FİFA üzvlərindən üzr istəyib. Həmçinin bildirilib ki, məsələ ilə bağlı daxili araşdırma aparılacaq və nəticələr növbəti FİFA Şurasının iclasında təqdim ediləcək.

Qeyd edək ki, daha əvvəl Canni İnfantino FIFA Forward Enterprise layihəsindən imtina edib. Layihə dünya çempionatlarının kommersiya hüquqlarının idarə olunmasına özəl investorların cəlb edilməsini nəzərdə tuturdu. Təşəbbüs bir sıra futbol konfederasiyalarının, o cümlədən UEFA, KONKAKAF, Asiya Futbol Konfederasiyası (AFC) və Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) sərt tənqidinə səbəb olmuşdu.

Mənbə: report.az

Xəbər lenti