IMG-LOGO

Tramp Heqseti silah ehtiyatları barədə məlumatları gizlətməkdə ittiham edib

06 Aug 2026 06:45 4 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbəri Pit Heqsetin ölkənin silah-sursat ehtiyatlarının vəziyyəti ilə bağlı onu yanlış məlumatlandırdığını hesab edir.

"Report" xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb.

Belə ki, iyulun 31-də Kemp-Deviddə keçirilən Nazirlər Kabinetinin iclası zamanı Tramp Heqsetdən ABŞ-ın İranla bağlı hərbi imkanlarını məhdudlaşdırdığı iddia edilən kritik sursat çatışmazlığı barədə izahat tələb edib.

Qəzet yazıb ki, uzaqmənzilli raketlərin və hava hücumundan müdafiə sistemləri üçün tutucu raketlərin çatışmazlığı ABŞ liderinin İrana qarşı yeni genişmiqyaslı zərbələrdən imtina etməsinin səbəblərindən biri olub.

ABŞ-nin hərbi əməliyyatının ilk həftələrində 850-dən çox Tomahawk qanadlı raketi, mindən çox THAAD və Patriot sistemləri üçün tutucu raket istifadə edilib. Həmçinin ATACMS raketlərinin ehtiyatlarının demək olar ki, tükəndiyi iddia olunur. Bununla yanaşı, Ağ Ev və Pentaqon qəzetin məlumatını təkzib edərək, yazıda göstərilən faktların həqiqətə uyğun olmadığını bildiriblər.

Mənbə: report.az

Xəbər lenti