IMG-LOGO

Yaponiyada güclü zəlzələ baş verib

06 Aug 2026 07:19 2 baxış
IMG

Yaponiyanın cənub-qərbində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyinə (JMA) istinadən məlumat yayılıb.

Bildirilib ki, yeraltı təkanların episentri Kyusyu adasında yerləşən Kumamoto prefekturası ərazisində olub. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib və təkanların maksimal intensivliyi 4 bal təşkil edib.

Tsunami təhlükəsi elan olunmayıb. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Mənbə: report.az

Xəbər lenti