IMG-LOGO

Şakiranın 29 il əvvəlki FOTOSU yenidən gündəm oldu

06 Aug 2026 12:02 2 baxış
IMG
2 0

Kolumbiyalı müğənni Şakira illər əvvəl internetdə məşhur olan fotosunu yenidən canlandırıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, sənətçi 1997-ci ildə çəkilmiş fotodakı kimi iş masasının arxasında, printerin yanında eyni poza ilə yenidən şəkil çəkdirib.

Məşhur fotonu 1997-ci ilin iyununda fotomüxbir Oskar Berrokal  Kolumbiyanın Barrankilya şəhərində yerləşən "El Heraldo" qəzetinin redaksiyasında çəkib. Həmin vaxt 20 yaşı olan Şakira "Pies Descalzos" albomunun uğurundan sonra sürətlə tanınmağa başlayırdı.

Fotosessiya zamanı Şakira kompüterdə işləyirmiş kimi poz verib. Lakin illər sonra sosial şəbəkə istifadəçiləri şəkildəki kompüter monitorunun sönülü olduğunun fərqinə varıblar. 

Təxminən 29 il sonra Şakira həmin fotonu eyni formada yenidən çəkdirib. Onun paylaşımı pərəstişkarları tərəfindən maraqla qarşılanıb.

Şakira foto

Mənbə: lent.az

Xəbər lenti