IMG-LOGO

Sibiqa ABŞ nümayəndə heyətinin Ukraynaya səfər edəcəyini təsdiqləyib

06 Aug 2026 13:42 3 baxış
IMG

Ukrayna Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üzrə danışıqları davam etdirmək üçün avqust ayında ABŞ nümayəndə heyətinin səfərini gözləyir.

"Report" "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

Onun sözlərinə görə, amerikalı tərəfdaşların iştirakı ilə Rusiya ilə danışıqlar prosesi hazırda dayanıb.

"Biz ABŞ-nin danışıqlar komandasının gəlişini gözləyirik. ABŞ tərəfinin səylərini alqışlayır, dinamikanın artmasını və Ağ Evin prosesə daha fəal cəlb olunmasını istəyirik", - Sibiqa bildirib.

Mənbə: report.az

Xəbər lenti