IMG-LOGO

Yaponiyanın Okinava və Kaqosima hava limanlarında qasırğa səbəbindən 470 reys ləğv edilib

07 Aug 2026 14:02 3 baxış
IMG

Yaponiyada qasırğa səbəbindən əsasən Okinava və Kaqosima prefekturalarının hava limanlarında 470-ə yaxın reys ləğv edilib.

"Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Avqustun 8-nə həmin prefekturaların hava limanlarından yola düşən 320-dən çox reysin ləğv edildiyi artıq təsdiqlənib. Bundan başqa, avqustun 9-da Naha hava limanına gələn və ya oradan yola düşən reyslər də daxil olmaqla üç reys ləğv edilib.

Aviaşirkətlər ləğv edilmiş reyslərin sayının arta biləcəyini istisna etmirlər.

Ölkənin meteorologiya xidməti xəbərdarlıq edib ki, qasırğa Okinava və Amami adalarına yaxınlaşır. Bəzi rayonlarda 4-cü səviyyəli təhlükə xəbərdarlığı elan olunub.

Mənbə: report.az

Xəbər lenti