IMG-LOGO

Qardaşının 40-ı çıxan gün atası öldü

07 Aug 2026 15:53 3 baxış
IMG
2 0

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın atası dünyasını dəyişib.

Bu barədə Lent.az-a aktrisanın ailəvi dostu, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Ülviyyə Əliyeva məlumat verib. 

Məlumata görə, Məcid Əliyev bu gün səhər 5 radələrində 88 yaşında vəfat edib.

"Ötən gün Tünzalənin qardaşı Elxanın 40-nı verdilər. Bu gün də atası dünyasını dəyişdi. Yaşanılan şeylər təbii ki, ağır olub".

Qeyd edək ki, T.Əliyeva 22 yanvar 2023-cü ildə onkoloji xəstəlikdən dünyasını dəyişib.

Onun qardaşı Elxan Bayramov isə 58 yaşında Moskvada ürək çatışmazlığından vəfat edib və Gəncədə dəfn olunub.

Tünzalə Əliyeva mədəniyyət xəbərləri

Mənbə: lent.az

Xəbər lenti