IMG-LOGO

Serdar Ortaç xəstəxanaya yerləşdirilib? – Müğənnidən açıqlama

07 Aug 2026 16:35 5 baxış
IMG
5 0

Türkiyəli müğənni Serdar Ortaçın səhhəti ilə bağlı yayılan xəbərlərlə bağlı açıqlama verib.

Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, sənətçinin qatılması gözlənilən tədbirdə iştirak etməməsi onun xəstəxanaya yerləşdirildiyi iddialarına səbəb olub.

Tədbirdə çıxış edən Karma6 qrupunun üzvləri bildiriblər ki, müğənni səhhətində yaranan kiçik narahatlıq səbəbindən xəstəxanadadır.

"Serdar bəy bu gün bizimlə birlikdə olmalı idi. Səhhətində kiçik problem yarandığı üçün xəstəxanadadır. O da burada olmağı çox istəyirdi. Hazırda vəziyyəti yaxşıdır", - qrup üzvləri qeyd ediblər.

Bundan sonra Serdar Ortaç sosial şəbəkə hesabında paylaşım edərək xəstəxanaya təcili yerləşdirildiyi barədə yayılan məlumatları təkzib edib.

"Xəstəxanaya filan yerləşdirilməmişəm. Sadəcə planlı müalicəm olduğu üçün xəstəxanada idim. Buna görə açılışa qatıla bilmədim. Heç nəyim yoxdur", - müğənni bildirib.

Qeyd edək ki, uzun illərdir dağınıq skleroz (MS) xəstəliyindən əziyyət çəkən Serdar Ortaç mütəmadi olaraq müalicə alır. O, daha əvvəl verdiyi müsahibələrdə səhhətindəki problemlər səbəbindən çətin günlər keçirdiyini, ayaqlarındakı narahatlığa görə təxminən bir ay xəstəxanada müalicə aldığını və hazırda sağalma prosesini davam etdirdiyini söyləmişdi.

müğənni xəstəxana

Mənbə: lent.az

Xəbər lenti