IMG-LOGO

KAMAZ 74 yaşlı velosipedçini vurub öldürdü

10.12.2023 22:44 102 baxış
IMG

Xaçmaz rayonunun Çinartala kəndi ərazisində velosipedçini avtomobil vurub. 

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Gəndob-Yalama avtomobil yolunun Çinartala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Hərəkətdə olan KAMAZ markalı yük avtomobili velosipedçi 74 yaşlı Mirzəyev Sədyar Qaraxan oğlunu vurub. Nəticədə S.Mirzəyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hazırda fakt araşdırılır.  

Xəbər lenti