IMG-LOGO

Lənkəranda evlərin həyətinə su dolub -FOTOLENT -VİDEO

28.07.2024 14:59 103 baxış
IMG

Lənkəran şəhərinin mərkəzi küçələri yağış suları ilə dolub.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, səhər saatlarında Lənkəranda yağan intensiv yağışdan sonra kanallar daşaraq həyətyanı sahələrə dolub.

Şəhərin əsas mərkəzi küçələri, eləcə də 2 və 3 saylı məktəblərinə gedən yollar, bazar küçələri sel suları ilə dolub.

Rayonun Sütəmurdov kəndi ərazisindən keçən Lənkərançay daşıb.

Hazırda Lənkəranda yağış dayanıb. Rayonda buludlu hava şəraiti müşahidə olunur.

 

 

Xəbər lenti