IMG-LOGO

Azərbaycanda binadan yıxılan qız sağ qaldı

29.07.2024 09:27 102 baxış
IMG

Masallıda bədbəxt hadisə baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Masallı şəhəri Heydər Əliyev prospektində yerləşən ayaşayış binasında qeydə alınıb.

Həmin binanın 4-cü mərtəbəsində yaşayan 20 yaşlı Arzu Mirzəyeva eyvanda təmizlik işləri görərkən oradan yıxılıb.

Gənc qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.  

Xəbər lenti