IMG-LOGO

72 saylı Cəlilabad kənd seçki dairəsi üzrə 569 nəfər ilk dəfə səs verəcək

24.08.2024 20:01 101 baxış
IMG

72 saylı Cəlilabad kənd seçki dairəsi üzrə 569 nəfər Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar keçirilən seçkilərdə ilk dəfə səs verəcək.

"Report"un Muğan bürosunun məlumatına görə, 47 755 seçicisi olan seçki dairəsinin hüdudları daxilində 45 seçki məntəqəsi mövcuddur.

Kənd seçki dairəsi üzrə 7 namizəd qeydə alınıb. 3 namizəd partiya tərəfindən, 4 namizəd isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.

Dairə üzrə 5 məntəqədə veb kameralar quraşdırılıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti