"Telegram" messencerinin yaradıcısı, milyarder Pavel Durov Paris hava limanında saxlanılıb.
Lent.az xəbər verir ki, bu barədə Fransanın "LCI" xəbər kanalı məlumat yayıb.
Onun Azərbaycandan gələn kimi dərhal saxlanıldığı iddia edilir.
Milyarder Fransaya şəxsi biznes təyyarəsi ilə gəlib.
O, bu axşam hakim qarşısına çıxmalıdır.
Mümkün ittihamlara terrorçuluq, narkotik alveri, dələduzluq, pedofiliya məzmunu yaymaq daxildir. Pavel Durovu 20 ilə qədər həbs gözləyir.
Qeyd edək ki, Durov Fransa 2021-ci ildə vətəndaşlığı alıb.