IMG-LOGO

Naxçıvanda əhalinin sayı artıb

11.09.2024 14:10 161 baxış
IMG

Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

1 avqust 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il əvvələ nisbətən 2581 nəfər və ya 0,6 faiz artaraq 469 min 853 nəfərə çatıb.

Bu ilin yanvar-iyul aylarında muxtar respublikada 2153 doğulan körpə qeydə alınıb, ölənlərin sayı isə 1285 nəfər olub.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti