IMG-LOGO

Tbilisi meri: Gürcü xalqı ilə həyasızcasına rəftar edənlərin hamısı düşməndir

13.09.2024 14:12 157 baxış
IMG

Gürcü xalqı ilə həyasızcasına rəftar edən, bu tip bəyanatlar verənlərin hamısı bizə düşməndir. Heç bir fərqi yoxdur, bu, senator və ya başqası olsun? Bu cür sözlərlə Gürcüstanın adını çəkənlərin özləri dələduzdur.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu fikirləri Tbilisi meri Kaxa Kaladze deyib.

O həmçinin ABŞ senatorunu düşmən adlandırıb.

Qeyd edək ki, dünən Gürcüstanda “Xarici agentlər haqqında” qanunun qəbulundan sonra baş verənləri müzakirə edən senator Cim Riş demişdi ki, oktyabrda gürcü xalqı “əclafları qovub öz gələcəyini öz əllərinə almaq imkanı əldə edəcək".

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti