IMG-LOGO

"Formula 1": "Haas" pilotu Azərbaycan Qran-prisində qəza törədib

14 Sep 2024 13:06 262 baxış
IMG

"Haas" komandasının pilotu Oliver Berman Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza törədib.

"Report"un məlumatına görə, gənc sürücünün idarə etdiyi bolid üçüncü sərbəst yürüşdə səddə çırpılıb.

Nəticədə qırmızı bayraq qaldırılıb və fasilə yaranıb. Onun avtomobili trasdan çıxarılıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Foto: Məhəmməd Ağayev

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti