IMG-LOGO

İƏT və Ərəb Dövlətləri Liqasının Qəzza Təmas Qrupunun iclası keçirilib

18.09.2024 15:18 101 baxış
IMG

Omanda İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının Qəzza Təmas Qrupunun iclası keçirilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iclasda Türkiyəni xarici siyasət idarəsinin rəhbəri Hakan Fidan təmsil edib.

Tədbir iştirakçıları Qəzzadakı son durumu müzakirə ediblər.

Vurğulanıb ki, Yaxın Şərqdəki müharibənin dayandırılması üçün beynəlxalq həmrəyliyə ehtiyac var və sülhün təmin olunması ikidövlətli həll yolu şərtdir.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti