IMG-LOGO

Ararat Mirzoyan: “Aİ-nin Ermənistandakı missiyası bizim üçün vacibdir”

10.01.2024 13:12 101 baxış
IMG

Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki müşahidə missiyası İrəvan üçün həyati əhəmiyyət kəsb edir.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda yunanıstanlı həmkarı Yorqos Qerapetritis ilə birgə mətbuat konfransında bildirib.

“Aİ-nin mülki missiyası bizim üçün çox vacibdir, təhlükəsizlik baxımından həyati əhəmiyyət kəsb edir. Biz Aİ-nin bu missiyanı genişləndirmək qərarını alqışladıq”, - o qeyd edib.

Xatırladaq ki, daha əvvəl Avropa İttifaqının xarici işlər nazirləri Ermənistandakı mülki missiyaya daxil olan müşahidəçilərin sayını 138-dən 209 nəfərə çatdırıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti