IMG-LOGO

Paşinyan orduda nizam-intizamın gücləndirilməsi ilə bağlı tapşırıqlar verib

10.01.2024 13:07 102 baxış
IMG

Ermənistanın baş naziri Nikol Paşinyan orduda nizam-intizamın gücləndirilməsi üçün tədbirlərin görülməsi barədə tapşırıq verib.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, N.Paşinyan Müdafiə Nazirliyində keçirilən yekun iclasda ordu rəhbərliyinə nizam-intizamın gücləndirilməsi üçün tədbirlər görməyi tapşırıb.

Xatırladaq ki, yanvarın 9-da Ermənistanın Basarkeçər rayonunda MN-nin hərbi hissələrindən birində xidməti postda müddətli hərbi qulluqçu Karen Karapetyanın meyiti aşkar edilib. Bir neçə saat sonra isə baş leytenant Mikael Danielyanın meyiti güllə yarası ilə başqa postda tapılıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti