IMG-LOGO

"Barselona" La Liqa klubunun qapıçısı ilə maraqlanır

20 Jan 2026 09:46 33 baxış
IMG

İspaniyanın "Barselona" klubu "Real Sosyedad"ın qapıçısı Aleks Remiro ilə maraqlanır.

"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 30 yaşlı qolkiperə müqavilə təklif etməyə hazırdır.

Hazırkı ölkə çempionu oyunçunun çıxışını izləyir və idman direktoru Deku Remironun vəziyyəti ilə dəfələrlə maraqlanıb.

Qeyd edək ki, ispaniyalı futbolçu cari mövsüm La Liqada 20 matçda meydanda olub.

Xəbər lenti