İngiltərənin "Mançester Siti" klubunun yeni transferi Mark Qehi komandada yalnız Erlinq Holanndan az maaş alacaq.
"Report" xəbər verir ki, "Transfermarkt" 25 yaşlı müdafiəçinin məvacibini açıqlayıb.
İngiltərə millisinin üzvü "şəhərlilər"də bir mövsümdə 18 milyon avro qazanacaq. Erlinq Holannın maaşı isə 31,5 milyon avrodur.
Qeyd edək ki, "Mançester Siti" ötən gün Mark Qehinin keçidini açıqlayıb. O, 2021-ci ildən "Kristal Pelas"da çıxış edirdi.