IMG-LOGO

Avstriya ABŞ Silahlı Qüvvələrinin təyyarələrinin öz hava məkanından keçməsinə icazə verməyib

02 Apr 2026 17:50 3 baxış
IMG

Avstriya ABŞ Silahlı Qüvvələrinin İrandakı obyektlərə zərbələr endirmək məqsədilə tranzit uçuşlar üçün onun hava məkanından istifadə etməsinə icazə verməyib.

"Report" xəbər verir ki, bu barədə Avstriyanın Müdafiə Nazirliyinə istinadən ORF telekanalı məlumat yayıb.

Qərar ölkənin neytrallıq qanununa əsaslanıb.

Daha əvvəl oxşar addımları İspaniya hökuməti atıb, İtaliya isə ABŞ-nin hərbi təyyarələrinin Siciliyadakı aviabazaya eniş etməsinə icazə verməyib.

Xəbər lenti