IMG-LOGO

Netanyahu: ABŞ və İsrail İranda polad istehsalı obyektlərinin 70 %-ni məhv edib

03 Apr 2026 18:04 4 baxış
IMG

ABŞ və İsrailin aviazərbələri nəticəsində İranda polad istehsalı obyektlərinin 70 %-i məhv edilib.

"Report" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu öz videomüraciətində bildirib.

Onun sözlərinə görə, birgə əməliyyatlar nəticəsində İranın ən mühüm infrastrukturuna və ölkənin sənaye bazasına dəfələrlə zərbələr endirilib.

"Biz komandirləri öldürürük, körpüləri, infrastruktur obyektlərini bombalayırıq. Bu, İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) həm maliyyə resurslarından, həm də çox sayda silah istehsal etmək imkanından məhrum edən böyük nailiyyətdir. Poladtökmə zavodları kimi mülki obyektlərə hücumlar, əgər onlar hərbi məqsədlər üçün istifadə olunmurlarsa, qadağandır", - B.Netanyahu qeyd edib.

Xəbər lenti