G7 ölkələri və Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası gələn həftə Hörmüz boğazındakı vəziyyətlə bağlı görüş keçirəcəklər.
"Report" Fransa KİV-nə istinadən xəbər verir ki, bu barədə brifinq zamanı Fransanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Paskal Konfavre bildirib.
"G7-yə üzv ölkələr və Fars Körfəzi Ərəb dövlətlərinin Əməkdaşlıq Şurası arasında Hörmüz boğazındakı vəziyyət ilə bağlı gələn həftə keçirilməsi planlaşdırılan görüşə hazırlıq işləri aparılır", - o qeyd edib.