IMG-LOGO

Azərbaycanda axtarış sistemləri arasında "Yahoo"nun bazar payı martda 29 % azalıb

02 Apr 2026 17:03 3 baxış
IMG

Bu ilin mart ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 85,62 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, fevral ayına nisbətən 15,17 faiz bəndi, 2025-ci ilin mart ayının göstəricisi ilə müqayisədə 0,8 faiz bəndi çoxdur.

İkinci pillədəki "Yandex"in bazar payı aylıq müqayisədə 2,65 faiz bəndi artaraq, illik isə 1,08 faiz bəndi azalaraq 12,17 %-də qərarlaşıb.

Növbəti yerdə qərarlaşan "Bing"in bazar payı ay ərzində 17,99 faiz bəndi azalaraq, illik isə 0,42 faiz bəndi artaraq 1,5 % olub.

Dördüncü yerdəki "DuckDuckGo"nun bazar payı ay ərzində 0,11 faiz bəndi, illik müqayisədə isə 0,06 faiz bəndi artaraq 0,37 % təşkil edib.

İlk beşliyi qapadan "Yahoo"nun bazar payı ay ərzində 0,08 faiz bəndi artaraq, illik müqayisədə isə 0,10 faiz bəndi azalaraq 0,27 % olub. Beləliklə onun bazar payı illik ifadədə 29 % azalıb.

Xəbər lenti