IMG-LOGO

Azərbaycan Yüksək Liqası: "Turan" və "DH Volley" yarımfinala yüksəlib

02 Apr 2026 19:33 3 baxış
IMG

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin ikinci oyunlarına start verilib.

"Report"un məlumatına görə, baş tutan qarşılaşmalardan sonra yarımfinala yüksələn iki komanda müəyyənləşib.

Doğma meydanda "Murov Az Terminal"ı qəbul edən "Turan" Tovuz Olimpiya İdman Kompleksində 3:0 hesablı qələbə qazanaraq növbəti raunda adlayıb.

Eyni hesab "DH Volley" - "Azərreyl" matçında da qeydə alınıb. Rəqibini üstələyə birincilər yarımfinala yüksələn növbəti kollektiv olub.

"Turan" və "DH Volley" ilk matçlarda da inamlı qələbə qazanmışdılar - 3:0.

Xatırladaq ki, 1/4 finalın digər oyunları aprelin 3-də reallaşacaq.

Xəbər lenti