İtaliyanın xarici işlər naziri Antonio Tayani gübrələrin və digər zəruri malların Hörmüz boğazı vasitəsilə daşınması üçün humanitar dəhlizin yaradılması təşəbbüsü ilə çıxış edib.
"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, o, bu barədə Böyük Britaniyanın təşkil etdiyi İran üzrə onlayn müşavirədə bildirib.
Tayaninin sözlərinə görə, bu strateji marşrut vasitəsilə gübrələrin və humanitar yüklərin təhlükəsiz daşınmasının təmin edilməsi xüsusilə Afrikada ərzaq böhranının qarşısının alınması üçün həlledici əhəmiyyət kəsb edir.
Nazir həmçinin belə bir dəhlizin ən qısa zamanda yaradılması üçün BMT ilə birgə fəaliyyətin zəruriliyini vurğulayıb:
"Təşəbbüs bir sıra Afrika dövlətlərinə təsir edə biləcək yeni ərzaq fəlakətinin qarşısının alınmasına yönəlib. Bu təklifi görüşdə iştirak edən Niderland və BƏƏ nümayəndələri də dəstəkləyiblər".