IMG-LOGO

İran Küveytin neft emalı zavoduna dron zərbəsi endirib

03 Apr 2026 09:54 6 baxış
IMG

Küveytin Əl-Əhmədi limanı yaxınlığında yerləşən neft emalı zavodunun (NEZ) ərazisində İranın pilotsuz uçuş aparatlarının (PUA) zərbəsindən sonra yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə KUNA agentliyi "Kuwait Petroleum Corporation" dövlət korporasiyasına istinadən məlumat yayıb.

"Əl-Əhmədi limanı yaxınlığında yerləşən NEZ bu gün səhər satlarında PUA hücumuna məruz qalıb. Nəticədə bir neçə yanğın ocağı yaranıb", - məlumatda deyilir.

Bildirilib ki, yanğınsöndürən briqadalar yanğın ocaqlarının lokallaşdırılması üzərində işləyir, zərərçəkən yoxdur.

Xəbər lenti