IMG-LOGO

Bu gün Bakının iki rayonunun bir hissəsində qaz olmayacaq

03 Apr 2026 09:19 6 baxış
IMG

Bu gün Bakının Binəqədi və Xətai rayonlarının bir hissəsində qaz olmayacaq.

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, saat 10:00-dan aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar Binəqədi və Məhəmməd Əmin Rəsulzadə qəsəbələrində, Mədən ərazisində, Baksol yolunda, Binəqədi şosesində, eləcə də Kənd Əhmədli yaşayış sahəsində, Məhəmməd Hadi və Neapol küçələrində qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.

Xəbər lenti