IMG-LOGO

Əbu-Dabidə qaz emalı kompleksi yanğın səbəbindən fəaliyyətini dayandırıb

03 Apr 2026 13:14 2 baxış
IMG

Əbu-Dabidə "Habşan" təbii qaz emalı kompleksi hava hədəflərinin qalıqlarının düşməsi nəticəsində baş verən yanğın səbəbindən müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" əmirliyin hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Əbu-Dabi hökuməti hava hücumundan müdafiə sistemləri vasitəsilə ələ keçirilmiş raket qalıqlarının Habşan rayonuna düşməsi hadisəsinə reaksiya veriblər. Əlavə məlumat müəyyən edilmiş qaydada təqdim olunacaq", - məlumatda qeyd olunub.

Xəbər lenti