Ağ Evin rəhbəri Donald Tramp ABŞ-nin heç bir çətinlik çəkmədən Hörmüz boğazının açılmasını təmin edə biləcəyini bildirib.
"Report" xəbər verir ki, bu barədə o, "Truth Social"da yazıb.
"Bir az əlavə vaxtla biz Hörmüz boğazını asanlıqla aça, nefti götürə və sərvət qazana bilərik. Bu, bütün dünya üçün əsl "qızıl mədəni" olacaq???", - o yazıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.