"Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən yetkinlik yaşına çatmış uşaqlar açıq şəkildə qanun pozuntusuna yol verib".
Lent.az xəbər verir ki, bunu "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova öz facebook hesabında yazıb.
O qeyd edib ki, belə hallar yaradıcılıq deyil, ictimai mülkiyyətə zərər vurmaq, mədəni irsə hörmətsizlik və hüquqi məsuliyyət yaradan əməldir:
"Azərbaycan qanunvericiliyinə görə, belə hərəkətlər inzibati və ya cinayət məsuliyyəti doğura bilər. Azyaşlıların bu cür davranışlara cəlb olunması isə xüsusilə narahatedicidir. Bu, nə “trend”, nə də “özünü ifadə”dir, əksinə sərhədsizliyin və məsuliyyətsizliyin nəticəsidir. Cəmiyyət olaraq bunu normallaşdırmaq olmaz. Çünki, belə qraffitlər zövq göstəricisi ola bilməz. Qanun pozuntusu romantikləşdirilə bilməz. Bizim romantik duyğularımızın kökündə gözəllik və təmzilik dayanır. Belə mənfi tendensiyaların məqsədyönlü tətbiqi, milli düşüncəmizə ziddir, ənənəmizə, olduqca zərərli təsirdir. Yaradıcı olmaq istəyənlər bunu qanunu pozmadan etməyi dərk etməlidir. Əks halda bunun adı sadəcə vandalizmdir".
Nizami Kino Mərkəzi