Rusiya və Ukrayna növbəti dəfə həlak olmuş hərbçilərin meyitlərini mübadilə ediblər.
"Report" RBK-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib.
Saraliyevin sözlərinə görə, Ukrayna tərəfinə 1000, Rusiya tərəfinə isə 41 meyit təhvil verilib.
Qeyd edək ki, daha əvvəl mübadilə fevralın 26-da baş tutub: o zaman Ukraynaya 1000, Rusiyaya isə 35 meyit təhvil verilmişdi.