IMG-LOGO

Bu rayonlara qar yağır

09 Apr 2026 17:04 5 baxış
IMG
0 0

Aprelin 9-u saat 16:00 olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-az bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Sabirabad, Kürdəmir, Qobustan, Neftçalada arabir yağış yağır, Daşkəsən, Qax (Sarıbaş) və Şahdağda isə qar yağır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Goranboyda 23, Ağdam, Tərtər və Naftalanda 22, Bərdə, Quba (Xınalıq) və Şahdağda 20, Mingəçevirdə 16 m/s-dək güclənir.

Şəki, Şamaxı, Daşkəsən, Göygöl, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Hava proqnozu

Xəbər lenti