IMG-LOGO

Netanyahu sülh münasibətləri qurmaq üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb

09 Apr 2026 19:48 3 baxış
IMG

İsrailin Baş naziri Benyamin Netanyahu ən qısa müddətdə Livanla birbaşa danışıqlara başlamaq barədə göstəriş verdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə "Ynet" xəbər portalı yazır.

""Hizbullah"ın tərksilah edilməsi və İsrail ilə Livan arasında sülh münasibətlərinin qurulması danışıqların əsas məsələləri olacaq. İsrail Livanın Baş nazirinin Beyrutda qoşun yerləşdirmək barədə bugünkü çağırışını yüksək qiymətləndirir", - Netanyahu deyib.

Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılıq əldə ediblər. İran öz növbəsində bəyan edib ki, bu dövr ərzində İran silahlı qüvvələri ilə koordinasiya şəraitində və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin ediləcək.

İsrail isə atəşkəs barədə qüvvədə olan qərarın Livana şamil edilmədiyini əsas gətirərək aprelin 8-də bu ölkəyə zərbələr endirib. Daha sonra İran parlamentinin sədri Məhəmməd-Bağır Qalibaf bildirib ki, Livanda atəşkəs planın ilk şərti idi.

Xəbər lenti