IMG-LOGO

İsrail Ordusu Beyruta yeni zərbələr endirməyi planlaşdırır

09 Apr 2026 23:50 4 baxış
IMG

İsrailin Müdafiə Ordusu qarşıdakı aviazərbələrlə əlaqədar Beyrutun cənubundakı səkkiz məhəllənin sakinlərini təxliyə olunmağa çağırıb.

"Report" xəbər verir ki, bu barədə İsrail Ordusunun nümayəndəsi Avixay Edri "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, hava reydləri "Hizbullah" təşkilatının Qobeyri, Cnah, Leylaki, Təhvitə-əl-Qadir, Harət-Horeyk və Şiyah rayonlarında, həmçinin Bürc-əl-Bəracnə və Hadas ətraflarında yerləşən obyektlərinə endiləcək.

Qeyd olunur ki, İsrailin Müdafiə Ordusu şəhərin cənub ətraflarında "Hizbullah"a qarşı əməliyyatları davam etdirir.

Daha əvvəl Livanın Mülki Müdafiə Xidməti İsrail Hərbi Hava Qüvvələrinin səhər saatlarında Beyrutun cənubundakı Kafaat və Leylaki məhəllələrinə hücum etdiyini bildirib.

Xəbər lenti