IMG-LOGO

İsrailin aprelin 8-də Livanda zərbələri nəticəsində ölənlərin sayı 300-ü keçib

10 Apr 2026 00:26 4 baxış
IMG

İsrailin 8 apreldə endirdiyi zərbələr nəticəsində Livanda ölənlərin sayı 303 nəfərə çatıb, azı 1 150 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə Livanın Səhiyyə Nazirliyi cümə axşamı günü açıqlayıb.

Həmçinin qeyd olunur ki, martın 2-də İsrail və "Hizbullah" arasında gərginliyin başlamasından bəri Livanda ölənlərin ümumi sayı 1 888-ə çatıb, 6 092 nəfər yaralanıb.

Nazirlik axtarış-xilasetmə işləri davam etdikcə ölənlərin sayının arta biləcəyini vurğulayıb.

Qeyd edək ki, İsrailin endirdiyi zərbələrdə həlak olanların xatirəsinə Livanda 9 aprel milli matəm günü elan edilib.

Xəbər lenti