IMG-LOGO

Tramp İranı Hörmüz boğazında gəmiçilik qaydalarını pozmaqda təqsirləndirib

10 Apr 2026 05:18 4 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran gəmilərin Hörmüz boğazından keçməsini kifayət qədər təmin etmir.

"Report"un məlumatına görə, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"İran Hörmüz boğazından neft tədarükünün təmin edilməsində çox pis, bəzilərinin dediyi kimi, dəhşətli iş görür. Bizim əldə etdiyimiz razılaşma bu deyil", - Tramp qeyd edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

Xəbər lenti