IMG-LOGO

Volqoqrada dron hücumu nəticəsində 13 ev, qaz kəməri və elektrik xətti zədələnib

10 Apr 2026 10:35 3 baxış
IMG

Rusiyanın Volqoqrad vilayətində dron hücumundan sonra yanacaq çənində yanğın baş verib, bir nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" vilayətin qubernatoru Andrey Boçarova istinadən məlumat yayıb.

Qeyd olunur ki, yanğınsöndürənlər alovun söndürülməsi ilə məşğuldur.

Dəqiqləşdirilmiş məlumatlara görə, hücum nəticəsində 13 fərdi ev, elektrik ötürücü xətti və qaz kəməri zədələnib.

Xəbər lenti