Ağır işlər planlaşdırmayın. Günəş aktivliyinin kritik səviyyələrə çatacağı saatları yoxlayın.
Güclü maqnit qasırğası yaxın saatlarda Yer kürəsini bürüyəcək və bir neçə gün davam edəcək. Pik həddində təhlükəli qırmızı səviyyəyə çatacaq və planetdəki bir çox insanın sağlamlığının pisləşməsinə səbəb ola bilər.
Lent.az aprelin 10-13-dək təhlükəli tarixlərin cədvəli barədə məlumat verir.
Günəş ləkələrinin monitorinqinin son məlumatlarına görə, qarşıdakı günlər üçün vəziyyət belə olacaq:
10 aprel (cümə): Gecə güclü qırmızı maqnit qasırğası (K-indeks 6) başlayıb. Yalnız axşam sakitləşəcək, lakin səviyyə yenə də yüksək qalacaq (K-indeks 5). Belə fırtınalar bir çox insanda halsızlığa səbəb olur.
11 aprel (şənbə): Aktivlik səviyyəsi 5 bal (K-indeks 5) səviyyəsində qalacaq. Bu, qırmızı qasırğadır. Şiddətli baş ağrıları, qəfil zəiflik və qan təzyiqinin artması mümkündür.
12 aprel (bazar): Gərginlik tədricən azalmağa başlayacaq, lakin aktivlik yenə də 4 bal səviyyəsində qalacaq. Orqanizm qasırğanın təsirini hiss edəcək, yorğunluq və apatiya arta bilər.
13 aprel (bazar ertəsi): Geomaqnit sahəsi normal vəziyyətə qayıdır. Əksər insanlar üçün təhlükə yaratmayan 3 ballıq zəif maqnit qasırğası gözlənilir.
Hava proqnozu