Yaponiyalı andeqraund (qeyri-rəsmi) aydol Harida Matsumoto, çıxışlarından sonra pərəstişkarları ilə qeyri-adi ünsiyyət formatına görə qalmaqalın mərkəzinə düşüb.
Lent.az xarixi mediaya istinadla xəbər verir ki, Matsumoto səhnə çıxışından dərhal sonra fanatlarına öz qoltuqaltını iyləməyə şərait yaradır. Bu görüşlərdən çəkilmiş fotolar sosial şəbəkələrdə sürətlə yayılıb.
Yaponiyadakı aydol sənayesi ənənəvi olaraq ifaçılarla auditoriya arasında sıx təmasa əsaslanır. Artistlər sadiq bir pərəstişkar kütləsi formalaşdırmaq üçün tez-tez imza günləri, görüşlər və müxtəlif tədbirlər keçirirlər. Lakin andeqraund aydollar seqmentində rəqabət xüsusilə yüksəkdir.
Böyük agentliklərin dəstəyi olmayan ifaçılar diqqət çəkmək və auditoriyanı cəlb etmək üçün müstəqil şəkildə qeyri-standart yollar axtarmaq məcburiyyətində qalırlar.
Bəzi istifadəçilərin fikrincə, məhz bu amil Matsumotonu daha radikal qərarlar verməyə sövq edə bilərdi. Bəziləri onun "sərhədi aşdığını" düşünsə də, digərləri bu vəziyyəti həmin sahədəki çətin şərtlərin bir təzahürü kimi qiymətləndirirlər. Adətən kiçik zallarda, ticarət mərkəzlərində və klublarda çıxış edən andeqraund aydolların gəlirləri çox vaxt orta səviyyədən aşağı olur. Bundan əlavə, onlar müəyyən bir ictimai obrazı qoruyub saxlamalıdırlar ki, bu da fanatlarla ünsiyyət formatına təsir edir.
Harida Matsumotonun 400 minlik izləyici kütləsinin böyük hissəsi bu mübahisəli "fan-servis"ə baxmayaraq onu dəstəkləməyə davam edir, lakin bir qrup insan sənətçini "iyrənc" hesab edilən hərəkətlərinə görə kəskin tənqid edir.
Harida Matsumoto maqazin