IMG-LOGO

Tramp qalib gəlmək istədiyi üçün İran iqtisadiyyatının çökəcəyinə ümid edir

05 May 2026 20:35 4 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp İran iqtisadiyyatının böhran vəziyyətinə düşməsinə hazır olduğunu bildirib.

"Report" "Sky News"a istinadən xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

"Ümid edirəm ki, İranın iqtisadiyyatı çökəcək, çünki mən qalib gəlmək istəyirəm", - o deyib.

Donald Tramp vəziyyəti şərh edərək ABŞ-nin İrana qarşı sanksiyalarını "nəhəng" adlandırıb. O, həmçinin ölkənin iqtisadi vəziyyətinin son dərəcə ağır olduğunu söyləyib.

"Onların valyutasının heç bir dəyəri yoxdur. İnflyasiya yəqin ki, 150 %-dir... onlar öz əsgərlərinə maaş verə bilmirlər. Pulun heç bir dəyəri yoxdur", - o əlavə edib.

Bununla yanaşı, Tramp İranın razılaşma əldə etmək istədiyini vurğulayıb. Onun sözlərinə görə, müharibə olmasaydı, İran Yaxın Şərqi nəzarətə götürə bilərdi, lakin hazırda Tehran sağ qalmağa çalışır.

Xəbər lenti