IMG-LOGO

Rusiyanın Zaporojyeyə zərbələri nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb

05 May 2026 20:57 5 baxış
IMG

Ukraynanın Zaporojye vilayətinə Rusiyanın bugünkü aviazərbəsi nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, 2 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti teleqram kanalında məlumat yayıb.

Qeyd olunub ki, yanğınsöndürənlər və xilasedicilər zərbələrin endirildiyi yerlərdə bütün yanğın ocaqlarını söndürüblər.

"Fövqəladə Hallar üzrə Dövlət Xidmətinın psixoloqları 38 nəfərə kömək ediblər, onların arasında altı uşaq və iki yetkin şəxs var", - qurumdan əlavə edilib.

Hadisə yerlərində bütün təcili xidmətlər fəaliyyət göstərir. Qəza-xilasetmə işləri davam edir.

Xatırladaq ki, bu gün Rusiya Silahlı Qüvvələri Ukraynanın bir sıra rayonlarına güclü zərbələr endirib, nəticədə bir neçə nəfər ölüb.

Xəbər lenti