IMG-LOGO

ABŞ hərbçiləri yenidən Panamada cəngəllik təliminə başlayıblar

06 May 2026 07:33 5 baxış
IMG

ABŞ hərbçiləri yenidən Panamada cəngəllik şəraitində döyüş təliminə başlayıblar.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, döyüş hazırlığı mərkəzi işini 25 il sonra bərpa edib.

Qeyd olunur ki, təlim proqramına piyada, dənizçi və dəniz piyadaları üçün cəngəllik şəraitində sağ qalma, təxliyə və patrul xidməti daxildir.

Agentlik yazır ki, bu cür təlimlər ABŞ administrasiyasının Meksika və ya Kubada mümkün hərbi əməliyyatlara hazırlıq barədə siqnalları fonunda yenidən aktuallıq qazanır.

"Bloomberg" həmçinin bildirib ki, ABŞ hərbi qulluqçuları panamalı həmkarları ilə birgə təlim keçirlər.

Xəbər lenti