Bəzi insanlar saç düzümünü tez-tez dəyişirlər, çünki bir obrazla məhdudlaşmaq istəmirlər. Digərləri isə əksinə, saç düzümünü dəyişməyi sevmir və illərlə eyni görünüşə sadiq qalırlar.
Lent.az bu oxşar 11 ortaq xüsusiyyəti təqdim edir:
Dəyişiklikləri sevmirlər
Həyatda hər şey daim dəyişərkən, bəzi insanlar üçün saç düzümünü eyni saxlamaq rahatlıq hissi yaradır. Çünki bu, nəzarət edə bildikləri sabit detallardan biridir.
Minimalistdirlər
Bu insanlar sadəliyə üstünlük verirlər. Onlar artıq və diqqəti yayındıran detalları həyatlarından çıxararaq həqiqətən vacib olan şeylərə fokuslanmağa çalışırlar.
Qənaətcildirlər
Bir çox hallarda saç düzümünü dəyişməmək maddi səbəblərlə bağlı olur. Bəziləri bahalı baxım prosedurlarına pul xərcləmək istəmir, digərləri isə sadəcə qənaəti üstün tutur.
Baxım baxımından sadə insanlardır
Cəmiyyət insanları xarici görünüşlərinə həddindən artıq diqqət yetirməyə öyrətsə də, bəzi insanlar buna əhəmiyyət vermir və görünüşlərinə minimum vaxt sərf etməyə çalışırlar.
Trendlərə əhəmiyyət vermirlər
Moda və trendləri izləmək insanın sosial uyğunlaşma istəyindən qaynaqlansa da, bəzi insanlar fərdi həyat tərzinə üstünlük verir və dəbə uyğunlaşmağa çalışmırlar.
Güclü şəxsiyyət hissinə sahibdirlər
Kim olduqlarını yaxşı bilən və özlərini rahat hiss edən insanlar görünüşlərində böyük dəyişiklik etməyə ehtiyac duymurlar. Onlar saç düzümünü öz kimliklərinin bir hissəsi hesab edirlər.
Nəzarət hissinə ehtiyac duyurlar
Qeyri-sabit və gözlənilməz dünyada kiçik bir detal üzərində nəzarət hissi insanı sakitləşdirə bilər. Saç düzümünü dəyişməmək də belə bir sabitlik yaradır.
İmpulslarını idarə edə bilirlər
İmpulsiv insanlar tez-tez yeni görünüşlər sınamağa meylli olurlar. Eyni saç düzümünə sadiq qalan insanlar isə qərarlarını daha düşünülmüş şəkildə verirlər.
Perfeksionist ola bilərlər
Bəzi insanlar mövcud saç düzümünün onlara ideal uyğun gəldiyini düşünür və yeni bir dəyişikliklə bunu “korlamaq” istəmirlər.
Sentimental insanlardır
Bəzən müəyyən saç düzümü insanın həyatındakı xoş xatirələrlə əlaqələndirilir. Ona görə də həmin görünüşdən imtina etmək istəmirlər.
Vərdişlərinə bağlıdırlar
Gündəlik rutinə və vərdişlərə sadiq insanlar saç düzümünü də dəyişmədən saxlamağa üstünlük verirlər. Bu, onların həyatını daha rahat və nizamlı hiss etdirməsinə kömək edir.
Maraq saç düzümü eyni saç düzümüMənbə: lent.az