IMG-LOGO

Paltaryuyan maşında qalan yaş paltar nə vaxt təhlükəli olur?

29 Jun 2026 12:23 6 baxış
IMG
0 0

Yuyulmuş paltarları paltaryuyan maşının barabanında unudub saxlamaq demək olar ki, hər kəsin başına gələn vəziyyətdir. Yemək hazırlayarkən, uşaqlarla məşğul olarkən və ya maraqlı film izləyərkən paltarları maşından çıxarmağı unutmaq mümkündür.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, belə hallarda yaranan əsas sual isə budur: yaş paltarları maşında nə qədər saxlamaq olar ki, onları yenidən yumağa ehtiyac qalmasın?

Bir gecə maşında qalan paltar təhlükəlidirmi?

Mütəxəssislər bildirirlər ki, yaş paltarları ara-sıra maşında unutmaq ciddi problem yaratmasa da, bunu vərdiş halına çevirmək düzgün deyil. Çünki barabanın içərisində uzun müddət qalan rütubət bakteriya və kif göbələklərinin çoxalması üçün əlverişli mühit yaradır. Bundan əlavə, parçaların lifləri zamanla zəifləyə bilər. "Good Housekeeping"in ev baxımı və təmizlik laboratoriyasının keçmiş icraçı direktoru Kerolin Forte bildirir ki, paltarlar maşında təxminən 8-10 saat, yəni bir gecə qaldıqda onları mütləq yenidən yumaq lazım deyil.

Əgər bu müddət 10 saatdan azdırsa, paltarları birbaşa quruducuya və ya asmaq üçün çıxarmaq kifayətdir. İstəyə görə, onları qısa yaxalama və sıxma proqramından keçirərək təravətləndirmək də mümkündür.

Nə vaxt yenidən yumaq lazımdır?

Kerolin Fortenin sözlərinə görə, paltarları bir gecədən artıq paltaryuyan maşında saxlamaq məsləhət görülmür. Bu zaman barabanın üst hissəsindəki paltarlar qurumağa başlayır, nəticədə yumşaqlığını itirərək sərtləşə bilər. Bundan başqa, bütün paltarlarda kifə bənzər xoşagəlməz qoxu yarana bilər.

Kif qoxusu yaranarsa nə etmək lazımdır?

Əgər paltarlar maşında bir gecədən çox qalıbsa, hətta nəzərəçarpacaq qoxu hiss olunmasa belə, onları yenidən qısa yuma proqramında yumaq tövsiyə olunur.

Mütəxəssis bildirir ki, paltarlarda kif qoxusunun ən kiçik əlaməti belə hiss edilərsə, yuyucu vasitə əlavə etməklə qısa yuma proqramını işə salmaq lazımdır. Bunun üçün "Yüngül çirklənmə" və ya oxşar qısa proqramlardan istifadə etmək kifayət edir. Bu üsul paltarların həm tam təmizlənməsini, həm də xoşagəlməz qoxulardan tamamilə xilas olmasını təmin edir.

Maraq paltaryuyan maşın paltarların qurudulması kif qoxusu bakteriyalar

Mənbə: lent.az

Xəbər lenti